Cənubi Koreya şirkəti LG 2025-ci il iyunun 30-dan etibarən mobil cihazlar üçün proqram təminatının yenilənməsi xidmətlərini təqdim etməyi dayandıracaq.
Bu barədə şirkətin saytında aprelin 10-da dərc olunmuş məlumatda deyilir.
“LG Electronics mobil telefon məhsullarını hər zaman dəstəkləyən bütün müştərilərə səmimi təşəkkürümüzü bildirmək istərdik... Lazım gələrsə, xidmət müddəti 30 iyun 2025-ci ildə başa çatana qədər proqram təminatını yeniləyin”, - elanda deyilir.
Martın sonunda Cənubi Koreyanın “LG Electronics” şirkəti Ukraynada xüsusi əməliyyat başlayandan sonra dayandırılmış Moskva zavodunun sınaq buraxılışını həyata keçirdiyi barədə məlumat yayılmışdı. Şirkət nümayəndəsi qeyd edib ki, Rusiya filialının gələcək fəaliyyəti məsələsi hökumətlərarası razılaşmalardan asılı olacaq.