AZ

Yaxın dostu Klopun arzuları haqda danışdı

Yurgen Klopun yaxın dostu, “Maynts”ın serb keçmiş müdafiəçisi Miroslav Tandja məşhur alman mütəxəssisin arzularını açıqlayıb.

Arena.az AS dərgisinə istinadən, Tandjanın müvafiq açıqlamasını təqdim edir:

“Klopp “Liverpul”dan gedərkən mənə demişdi ki, onun iki arzusu olub: milli yığma komandanın və “Real”ın baş məşqçisi olmaq. Bilmirəm, bu arzular doğrulacaqmı…

O, sözsüz, “Real”ın baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir, amma hazırda bütün bunlar sadəcə olaraq tapmacalardır. Mən onun, özünü baş məşqçi vəzifəsində İngiltərədə “Liverpul”dan başqa hansısa komandanın sükanı arxasında görüb-görmədiyini belə, bilmirəm. O, İtaliya A Seriyasına və ya Fansaya getmək istəmir, hansısa məqamda, mən düşünürəm ki, o, onsuz da Almaniya yığmasının baş məşqçisi olacaq”, deyə Tandja bildirib.

Xatırladaq ki, hazırda Klopp “Red Bull” şirkətində futbol əməliyyatları üzrə dünyəvi rəhbər vəzifəsində çalışır. Klopp daha öncə “Liverpul”da, Dortmund “Borussiya”sında və “Maynts”da, həmçinin Frankfurt “Ayntraxt”ının gənclərdən ibarət komandasında baş məşqçi olub.

Seçilən
1
arena.az

1Mənbələr