AZ

Prime Cotton şirkəti Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası keçirib - FOTO

Prime Cotton şirkəti, Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünü yad edərək, 28 aprel 2025-ci il tarixində Bərdə filialında qanvermə aksiyası həyata keçirmişdir.

Tədbirdə Prime Cotton şirkətinin Bərdə, Tərtər və Ağcabədi filiallarının əməkdaşları və fermerləri könüllü şəkildə iştirak etməklə yanaşı, Bərdə Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Bərdə rayon təşkilatının, akademik Zərifə Əliyeva adına Bərdə rayon Liseyinin, eləcə də Bərdə Suvarma Sistemləri İdarəsinin rəhbərliyi və işçi heyəti də aksiyaya qatılaraq bu nəcib təşəbbüsə dəstək verdilər.
Bu xeyriyyə tədbirinin əsas məqsədi — talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən insanlar başda olmaqla, ümumilikdə qana ehtiyacı olan bütün şəxslərə dəstək olmaq, həmçinin cəmiyyətə könüllü donor mədəniyyətini aşılayaraq, humanizm prinsiplərinin daha da geniş yayılmasına töhfə vermək olmuşdur.

Prime Cotton şirkətinin CEO-su Rövşən Mahmudov tədbirlə bağlı fikirlərini belə ifadə etdi:
"Akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edərək təşkil etdiyimiz bu qanvermə aksiyası, həm insan həyatına verilən yüksək dəyərin, həm də sosial məsuliyyət anlayışımızın bariz nümunəsidir. Biz inanırıq ki, hər bir yaxşılıq cəmiyyətimizdə müsbət dəyişikliklərin əsasını qoyur. Prime Cotton olaraq, gələcəkdə də bu kimi xeyirxah təşəbbüslərə dəstəyimizi davam etdirəcəyik."

Aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankı PHŞ-nın tibb heyətinin yaxından iştirakı ilə təşkil edilmiş, qanvermə prosesi bütün sanitariya-gigiyena tələblərinə uyğun şəkildə həyata keçirilmişdir.

Prime Cotton şirkəti üçün sosial məsuliyyət yalnız korporativ fəaliyyətin ayrılmaz tərkib hissəsi deyil, həm də ümumbəşəri dəyərlərə xidmət edən əsas prinsiplərdən biridir. Bu səbəbdən şirkətimiz gələcəkdə də sağlam cəmiyyətin qurulmasına yönəlmiş təşəbbüsləri davam etdirməkdə israrlıdır.

Qeyd edək ki, qanvermə aksiyaları insanların həyatını xilas etmək, onların sağlamlığını qorumaq üçün əvəzsiz imkan yaradır. Bu cür tədbirlər həmrəylik ruhunun gücləndirilməsinə və insan həyatına verilən dəyərin təbliğinə xidmət edir.

Prime Prime Prime Prime Prime Prime Prime
Seçilən
2
1
apa.az

2Mənbələr