AZ

Hindistan Pakistanı tam blokadaya almaq istəyir- ÖZƏL

Olaylar.az xəbər verir ki,  son terror hücumundan sonra Hindistan, Pakistanla münasibətlərdə yeni və sərt addımlar atmaq niyyətindədir. 22 aprel tarixində Cammu və Kəşmirdə baş vermiş terror aktında 25 hindistanlı və bir Nepal vətəndaşı həyatını itirib. Hücuma görə məsuliyyəti "Ləşkər-i-Tayibə" ilə əlaqəli "Müqavimət Cəbhəsi" adlı radikal qrup üzərinə götürüb.

Bu hadisədən sonra Hindistan:

Pakistanlı hərbi attaşeləri ölkədən çıxarıb,

Hind çayı hövzəsində 60 ildən çox davam edən su razılaşmasını dayandırıb,

Əsas quru keçid məntəqəsini (Attari) bağlayıb.

İndi isə Dehli Pakistan təyyarələri və gəmiləri üçün hava və dəniz məkanını tamamilə bağlamağı planlaşdırır. Əgər bu baş verərsə, Pakistanın milli aviaşirkəti PIA üçün Hind okeanı və Cənub-Şərqi Asiyaya uçuşlar böyük iqtisadi zərbəyə çevriləcək. Onsuz da maliyyə böhranı yaşayan şirkət, bu blokada ilə iflasa daha da yaxınlaşa bilər.

Pakistan da cavab tədbirləri görüb - Hindistanla bütün ikitərəfli razılaşmaları dayandırıb və öz hava məkanını bağlayıb. Lakin ekspertlərin fikrincə, hərbi və iqtisadi imkanların qeyri-bərabərliyi səbəbindən İslamabad Hindistana adekvat cavab verə bilmir.

Bu eskalasiya regionda təhlükənin artmasına və iqtisadi böhranın dərinləşməsinə səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr