AZ

Ermənistanda məşhur hakim saxlanıldı

Hakim Artuş Qabrielyan bu yaxınlarda İrəvan Ümumi Yurisdiksiya Məhkəməsindən uzaqlaşdırılıb. Onun sədrlik etdiyi iclas isə təxirə salınıb. Bu barədə “Faktor” məlumat yayıb.


"Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin hesabatında qeyd olunur ki, Qabrielyan komitə tərəfindən araşdırılan cinayət işi çərçivəsində saxlanılıb", - nəşr yazıb.


Bundan əvvəl 168.am saytı yazmışdı ki, “Nikol Paşinyanın tanınmış hakimi Artuş Qabrielyanın başı üzərində qara buludlar yığılıb, onun işdən uzaqlaşdırılması gözlənilir və işlər təkcə bununla bitməyəcək”.

Tural

Seçilən
4
news365.az

1Mənbələr