Aprelin 28-də ABŞ-nin təyyarədaşıyan gəmisi ("Truman") husilərin hücumundan yayınmaq üçün kəskin manevr edərkən "F/A-18 Super Hornet" döyüş təyyarəsi dənizə düşüb.
Ölkə.Az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Husilər Qırmızı dənizdə ABŞ-nin təyyarə gəmisinə PUA və raketlərlə hücum etdiklərini iddia ediblər. Bu, ABŞ-nin husilərə qarşı genişmiqyaslı əməliyyatı fonunda baş verib. Belə bir qırıcının qiyməti 60 milyon dolları ötür.
"F/A-18E" qırıcısı anqara girmək istəyərkən ekipaj təyyarəyə nəzarəti itirib. Qırıcı və onu çəkən texnika gəminin bortundan çıxaraq dənizə düşüb. Təyyarəni yedəyə alan dənizçilər, təyyarə dənizə çıxmazdan əvvəl təyyarədən uzaqlaşmaq üçün dərhal hərəkətə keçiblər. İstintaq davam edir", - Hərbi Dəniz Qüvvələrindən bildiriblər.
Bu, təyyarədaşıyan gəmi ilə bağlı ilk insident deyil. Bu ilin fevralında “Truman” Misir sahillərində ticarət gəmisi ilə toqquşub, lakin itki olmayıb. 2024-cü ilin dekabrında daşıyıcıdan bir "F/A-18" Qırmızı dənizdəki təlimlər zamanı təsadüfən "USS Gettysburg" tərəfindən vurulub.
Mürtəza
Ölkə.Az