Ötən gecə Kiyev vilayətində hava hücumundan müdafiə sistemləri Rusiyanın “Şahed” tipli kamikadze pilotsuz təyyarələrini vurub.
Bu barədə regional hərbi administrasiya məlumat yayıb. Desnyanski rayonunda dağıntıların düşməsi nəticəsində istirahət mərkəzinin üçmərtəbəli binası yanıb. Bir qadın xəsarət alıb və ona hadisə yerində tibbi yardım göstərilib. Hərbi Hava Qüvvələri şimal-şərqdən Dneprdə PUA-ların olduğunu bildirib.
Dronlar Sumı vilayətinin cənubunda, Xarkov vilayətinin şimalında, cənubunda və mərkəzində, Xarkov və Donetsk vilayətlərinin sərhədində, Poltava vilayətinin şimalında və cənubunda, həmçinin Odessa vilayətinin cənubunda uçuşur. Kiyev meri Vitali Kliçko həkimləri Desnyanski rayonuna çağırdığını bildirir. İlkin məlumata görə, orada fərdi yaşayış evi və avtomobillər yanır.
//Samir Qurbanov, Editor.az