"Real" klubunun müdafiəçisi Antonio Rüdiger bıçaq altına yatıb.
Offsideplus.az xəbər verir ki, almaniyalı futbolçu sol ayağından əməliyyat olunub. Onun 6-8 həftə meydanlardan uzaq qalacağı gözlənilir.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Rüdiger cari mövsüm 49 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun "kral klubu" ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.