Türkiyədə rusiyalı turistləri daşıyan avtobus aşıb.
"Report"un məlumatına görə, bu barədə DHA agentliyi məlumat yayıb.
Bildirilir ki, turistlər Antalya hava limanından Side şəhərinə gedirmişlər.
"İlkin məlumata görə, 18 rusiyalı və avtobus sürücüsü xəsarət alıb. Ümumilikdə avtobusda 25 Rusiya vətəndaşı olub", - məlumatda qeyd olunur.
Şahidlər qəzanın nəticələrini lentə alıblar.
Mənbənin məlumatına görə, sürücü idarəetməni itirərək Mustafa Bəy bulvarında Gündoğdu rayonunda yol kənarına uçub. Bundan əlavə, yıxıldıqdan sonra nəqliyyat vasitəsi istixanaya çırpılıb.