BAKI, 29 aprel. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Nikolay Patruşev NATO-nu Kalininqrad vilayətini ələ keçirməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, o, NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığında keçirdiyi təlimlər zamanı Kalininqradın işğalı ssenarisini sınaqdan keçirdiklərini deyib.
“Ardıcıl ikinci ildir NATO sərhədlərimiz yaxınlığında son onilliklərin ən böyük təlimlərini keçirir, Kalininqrad bölgəsini ələ keçirmək, Baltik və Qara dənizlərdə gəmiçiliyi əngəlləmək, Rusiyanın nüvə qüvvələrinin daimi bazalarına qabaqlayıcı zərbələr endirmək ssenarilərini sınaqdan keçirir.
Patruşevin sözlərinə görə, NATO Vilnüsdən (Litva) Odessaya (Ukrayna) qədər ərazilərə hücum etmək üçün təlim keçir.