AZ

Suriyada yeni döyüşlər: ölənlər var - VİDEO

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Türkiyənin “Anadolu” agnetliyinin məlumatına görə, druz qüvvələri ağır silahlarla hökumət qüvvələrinə atəş açıb. Təhlükəsizlik orqanları döyüşlər zamanı 2 nəfərin öldüyünü, 8 nəfərin isə yaralandığını bildirib.

Vəziyyəti sabitləşdirmək üçün hakimiyyət münaqişə bölgəsinə əlavə qüvvələr göndərib və təhlükəsizlik tədbirlərini gücləndirib.

İsrail mediası, öz növbəsində, toqquşmalar nəticəsində ən azı dörd druz döyüşçünün öldürüldüyünü yazır. Gərginliyə səbəb sosial şəbəkələrdə Druzi şeyxinə aid olduğu bildirilən və Məhəmməd peyğəmbərin ünvanına təhqirlər ehtiva edən səs yazısının yayılması olub.

Qeyd edək ki, druzlar Yaxın Şərqdə ərəblərin etnik-dini qrupudur. Onlar neoplatonizm, qnostisizm və yəhudilik elementləri olan ismaili şiəliyinə əsaslanan xüsusi monoteist dinə etiqad edirlər. Suriya druzların əsas yaşayış mərkəzidir. Burada700 minə yaxın druz və ya ölkə əhalisinin təxminən 3%-i yaşayır. Druzlar Suriyada kürdlər və ələvilərdən sonra üçüncü ən böyük etno-konfessinal azlıqdır.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
1
1
azvision.az

2Mənbələr