AZ

"Ucuz dron sürüsünün yanında F-35-lər heç nədri, anında məhv ediləcəklər" - Maskın bu sözünə Pentaqondan operativ reaksiya

Donald Trampın baş müşaviri, milyarder iş adamı İlon Mask ABŞ-ın məşhur müdafiə şirkəti "Lockheed Martin" tərəfindən istehsal edilən F-35-ləri "göydən yerə çırpıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, sürətlə yenilən texnologiyalar qarşısına F-35-lərin "aayqlaşa" bilmədiyini deyib, üstəlik, bu təyyarənin detallarının ayrı-ayrı ölkələrdə çox bahalı istehsalına diqqət çəkib.

Mask çox aydın şəkildə bildirib ki, bu təyyarələrə böyük pul xərclənməsi effektsizdir: "Bu ekipajla təchiz edilmiş təyyarələr ucuz pilotsuz dron sürüsü tərəfindən anında məhv ediləcək. Zamanla görəcəksiniz. F-35-lər isə hələ də kphnə modunda qalıb, təkmilləşə bilmədi. Onlar artıq köhnəldi. Milyardlarla dollara başa gələn bahalı, mürəkkəb və cəmi 51 faizlik arzulanan manevr imkanlarına sahib bu istehsala ehtiyac yoxdur..."

Pentaqon isə təyyarənin təhdidlərin qarşısını almaq və onlara qalib gəlmək üçün misilsiz qabiliyyətə sahib olduğunu açıqlayıb: "İstehsalı xərci 1,7 trilyon dolları aşan və texniki gecikmələrə baxmayaraq, F-35 bu gün ABŞ və müttəfiq hava qüvvələrinin ehtiyaclarını qarşılayır".

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
0
1
mia.az

2Mənbələr