AZ

İran ABŞ-la danışıqlardan əvvəl “Avropa üçlüyü” ilə görüş təklif etdi- ÖZƏL 

İran "Avropa üçlüyü" adlandırılan Almaniya, Böyük Britaniya və Fransa ilə 2 may tarixində Romada görüş keçirməyi təklif edib. Məqsəd - ABŞ-la növbəti mərhələdə aparılacaq danışıqlardan əvvəl özünün nüvə proqramı ilə bağlı mövqeyini aydınlaşdırmaqdır. Olaylar.az xəbər verir ki, bu barədə Reuters agentliyi vəziyyətlə tanış olan dörd diplomata istinadla məlumat yayıb.
Eyni zamanda, Oman hakimiyyəti ABŞ və İran arasında növbəti danışıqlar raundunun 3 mayda Avropada baş tuta biləcəyini açıqlayıb. Amma bu barədə hələlik rəsmi qərar verilməyib.
Axios portalının müxbiri Barak Ravid isə X sosial şəbəkəsində bildirib ki, məlumatlı mənbələrə görə, ABŞ və İran arasında dördüncü raund danışıqlarının 3 mayda Romada keçirilməsi planlaşdırılır.
Avropa və Qərb diplomatları Reutersə açıqlamalarında bildiriblər ki, İran tərəfi bu təklifi ABŞ nümayəndələri ilə 26 apreldə Romada keçirdiyi görüşdən sonra irəli sürüb. Əgər bu görüş mümkün olmasa, İran tərəfi Avropa ölkələri ilə Tehranda da bir araya gəlməyi təklif edib.
İran rəsmilərindən biri bu təklifin edildiyini təsdiqləyib, lakin Avropa ölkələrinin hələlik rəsmi cavab vermədiyini deyib: "2015-ci il razılaşmasının bütün tərəfləri ilə ortaq baxışa sahib olmaq vacibdir. Buna görə də, amerikalılarla növbəti raunddan öncə chr("39")Avropa üçlüyüchr("39") ilə görüş faydalı olar."
Qeyd edək ki, ABŞ və İran arasında indiyə qədər üç raund qeyri-rəsmi danışıqlar keçirilib. Birinci görüş 12 apreldə Məskatda, ikinci isə 19 apreldə Romada baş tutub. Həmin danışıqlarda İran tərəfi ciddi fikir ayrılıqlarının davam etdiyini bildirib. 26 apreldə isə Oman vasitəçiliyi ilə Məskatda üçüncü raund baş tutub.
Sentyabrdan bu yana Tehran və Avropa üçlüyü bir neçə dəfə görüşərək qarşılıqlı münasibətlər və nüvə proqramı məsələsini müzakirə ediblər. Sonuncu texniki səviyyəli görüş mart ayında keçirilib və gələcək razılaşmanın əsas parametrləri müzakirə olunub - bu razılaşma İrana qarşı sanksiyaların ləğvi müqabilində nüvə proqramının dayandırılmasını nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr