Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Kursk vilayətinin azad edilməsində iştirak etdikləri üçün Koreya hərbçilərinin Moskvada Qələbə Paradında iştirakı ilə bağlı sualını cavablandırıb.
Herbiand.az bu barədə TASS-a istinadən bildirir.
Peskov KXDR hərbçilərinin Qələbə Paradında iştirakı ilə bağlı sualın Müdafiə Nazirliyinə göndərilməsini tövsiyə edib: “Mən sizə dəqiq deyə bilmərəm. Bunu Müdafiə Nazirliyi ilə aydınlaşdırmaq lazımdır”.
Bəxtiyar CƏFƏRLİ