Çinin Şansi şəhərində yerləşən akvariumlardan birində bədbəxt hadisə baş verib.
Bu barədə Yenisabah.az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, akvariumda "su pərisi" obrazında turistləri əyləndirən qız suyun altında huşunu itirib.
Buna səbəb oksigen çatışmazlığı olub. Həmkarı qızın köməyinə gəlib və onu sudan çıxarıb.
Çinli qız boğulmaq dərəcəsində su udmuş olsa da, həkimlər onu xilas etməyə müvəffəq olublar./Oxu.Az
Telegram kanalımız