Çinin şimal-şərqində, Liaoninq əyalətində restoranda yanğın baş verib.
News24.az CCTV-yə istinadən xəbər verir ki, yanğın nəticəsində ən azı 22 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.
Yanğından sonra Çin prezidenti Si Cinpin yaralıların müalicəsi üçün bütün resursların səfərbər edilməsi barədə göstəriş verib.
Qeyd edək ki, yanğının səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Yerli hakimiyyət orqanları hadisə yerində genişmiqyaslı araşdırmalara başlanıldığını və günahkarların məsuliyyətə cəlb ediləcəyini açıqlayıb.
Günel Məlikzadə
Hadisə yerindən ilk görüntülər belədir: