ABŞ prezidenti Donald Trampın qərarına əsasən, Çindən gələn mallara 145% gömrük rüsumu qoyulub. Bundan əlavə əvvəllər 800 dollardan ucuz məhsullar gömrük haqqı olmadan ölkəyə daxil ola bilirdi, amma indi bu qayda da ləğv olunub.
Valyuta.az xəbər verir ki, bu səbəbdən "Temu" platforması ABŞ-da müştərilərdən məhsul qiymətinə əlavə "idxal haqqı" almağa başlayıb. İndi "Temu"dan alınan bir məhsulun qiyməti ikiqat artaraq əvvəlkindən baha olur. Məsələn, 18 dollarlıq bir paltar əlavə idxal haqqı ilə birlikdə 44 dollara başa gəlir.
Bundan əlavə "Shein" platforması da qiymətləri artırıb, amma ayrıca idxal haqqı tətbiq etməyib. Sadəcə məhsulların qiymətini birbaşa yüksəldib.
Bu dəyişikliklər, "Temu" və "Shein"in ABŞ-da məhsul qiymətlərini aprel ayından etibarən artıracaqlarını əvvəlcədən elan etməsindən sonra baş verib.
İndi ABŞ-də bu platformalardan alış-veriş etmək əvvəlkindən daha baha olacaq.
Sərvanə Rəmixanova