AZ

Pakistan ordusu Hindistanın pilotsuz təyyarəsini vurub

Pakistan qüvvələri Cammu və Kəşmirdə Hindistan və Pakistan arasındakı Nəzarət Xətti yaxınlığında Hindistanın pilotsuz uçuş aparatını (PUA) vurub.

Herbiand.az bildirir ki, bu barədə Geo telekanalı Pakistan kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Hindistan PUA-sı Bhimber rayonunda havadan müşahidə aparırdı. Mənbənin sözlərinə görə, kvadrokopter idarəetmə xəttinin yaxınlığında hava məkanını pozmağa cəhd edərkən vurulub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
2
herbiand.az

1Mənbələr