Ermənistanda generallar elə qorxudulub ki, onlar ictimai yerlərdə hərbi uniformada yox, mülki geyimdə görünməyə üstünlük verirlər.
Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.
“Generalları qorxudublar və o dövrdə ictimai şüurda generallar ordunu soyan, ordu ilə heç bir əlaqəsi olmayan bir təbəqə kimi qəbul olunmağa başlayıb. Hərbi keçmişi olan generallar ictimai yerlərdə daha çox mülki geyimdə görünməyə başlayıblar. Əvvəllər hərbi forma qürur mənbəyi idisə, indi bu geyimdən gizlənməyə çalışırlar. Bunu şüurlu və ya şüursuz edilir deyə bilmərəm və bu məsələyə qiymət vermək istəmirəm, amma bu bir faktdır”, - o qeyd edib.
Köçəryanının sözlərinə görə, kim istəyirsə 2018-2020-ci illərdə mətbuatı araşdırsın, bunun əsas mövzulardan biri olduğunu görər. “Çünki informasiya sahəsində komandir heyətinə hədə-qorxu gəlmək hər gün baş verirdi”, - Köçəryan vurğulayıb.
Mürtəza
Ölkə.Az