AZ

Möylə Mirzəliyevlə vida mərasimi keçirildi

BAKI, 29 aprel. TELEQRAF

Ötən gün dünyasını dəyişən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyevin evində vida mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, mərasimdə mərhum aktyorun sənət dostları və yaxınları iştirak ediblər.

Möylə Mirzəliyev "Dədə Qorqud" qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, Möylə Mirzəliyev bir müddət əvvəl Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

O, boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunmuşdu.










Seçilən
3
2
teleqraf.com

3Mənbələr