AZ

“İnter” son 13 ilin klub antirekorduna imza atdı

İtaliya A Seriyasının 34-cü turunun “Roma” ilə ev oyununda 0:1 hesablı məğlubiyyət “İnter” üçün fəlakət dərəcəsi müəyyənləşdirib.

Arena.az məlumat verir ki, “neradzurri” yarışın sonuna 4 tur qalmış, yarış cədvəlinin zirvəsindəki mövqeyini əldən verib.

Üstəlik, bu məğlubiyyət son 13 ilin klub antirekorduna imza atıb. Belə ki, “canavarlar”a məğlubiyyət cari mövsümdə “İnter”in bütün yarışlar çərçivəsindəki ardıcıl 3-cü məğlubiyyətidir.

“Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata görə, Milan təmsilçisi 2012-ci ilin fevral ayından bəri ilk dəfə olaraq ardıcıl üç oyunda məğlub olub. Üstəlik “neradzurri” hər üç oyunda rəqib qapılarına yol tapa bilmədən “quru” hesabla məğlub olub. Buna qədər qədər, “neradzurri” İtaliya Kubokunda evdə “Milan”a (0:3) və İtaliya A Seriyasında səfərdə “Bolonya”ya (0:1) məğlub olmuşdu.

34 turdan sonra 71 xala malik Milan klubu A Seriyasının yarış cədvəlinin 2-ci pilləsindədir. “Neradzurri” zirvəni “Napoli”yə təhvil verib – “eşşəkciklər” 74 xalla zirvəyə “dırmaşıblar”. Göründüyü kimi, “İnter”in çempionluq imkanı artıq öz əlində deyil.

Seçilən
1
arena.az

1Mənbələr