AZ

Xırdalanda 4 avtomobil yanıb

Abşeron rayonunun Xırdalan şəhərində 4 ədəd "Kia" markalı yük avtomobilinin yanar hissələri yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, ərazidəki tikililər və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.anews.az
Seçilən
2
anews.az

1Mənbələr