Bu ilin əvvəlində Everestə dırmaşmaq üçün ödənişləri kəskin şəkildə artıran Nepal, dünyanın ən yüksək dağını fəth etmək istəyənlər üçün daha əhəmiyyətli dəyişikliklər etmək qərarına gəlib.
Herbiand.az bildirir ki, bu barədə Reuters yazıb.
Məlumata görə, ölkə hakimiyyəti Everesti fəth etməyə icazə verən qanunu yalnız 7000 metrdən yuxarı ən azı bir zirvəni fəth etmiş şəxslərə verəcək. Xüsusən də, həmin şəxs bu zirvəni Nepalda fəth etmiş olmalıdır. Bu, alpinistlərin Everestdəki çətinliklərin öhdəsindən gəlmək üçün kifayət qədər yüksək hündürlükdə təcrübəyə malik olmasını təmin etmək və təcrübəsizliklə bağlı riskləri azaltmaq məqsədi daşıyır.
Qeyd olunub ki, yeni turizm qanun layihəsi həm də həddindən artıq sıxlığı aradan qaldırmağa, alpinistlərin təhlükəsizliyini yaxşılaşdırmağa və Everestdə ekoloji problemlərin azaldılmasına hesablanıb.
Bundan əlavə, yeni qanun layihəsində vurğulanıb ki, alpinistləri müşayiət edən dağ bələdçisi də Nepal vətəndaşı olmalıdır.
Bəxtiyar CƏFƏRLİ