Rusiya ona qarşı qoyulan məhdudiyyətlərin sayına görə dünyada birinci yerdədir. Şimal qonşumuz İran, Suriya və Şimali Koreya kimi ölkələri qabaqlayır.
Herbiand.az xəbər verir ki, Qərb ölkələri Moskvanı Ukraynaya qoşun yeritmək üçün mümkün olan ən yüksək qiyməti ödəməyə məcbur etmək üçün sanksiyalar mexanizmindən istifadə edib.
Döyüşlər davam etdikcə, maliyyə, enerji, nəqliyyat, media, texnologiya, avtomobil sənayesi, idman və ticarət də daxil olmaqla bir çox sahələrə təsir edən Qərb məhdudiyyətlərinin miqyası da böyüyür.
Castellum.ai qlobal sanksiyaların monitorinqi məlumat bazasına görə, 22 fevral 2022-ci il tarixindən cari ilin fevralına qədər Rusiyaya qarşı 11 327 məhdudiyyət tətbiq edilib. 3 il ərzində Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 14 022-yə çatıb.
Beləliklə, Rusiya 4268 müxtəlif sanksiyaya malik İranı, Suriyanı (2643 sanksiya) və Şimali Koreyanı (2133 sanksiya) geridə qoyub.
Sanksiya tətbiq olunan ölkələr siyahısında Belarus, Venesuela və Myanma da var. Onlara qarşı müvafiq olaraq 1155, 651 və 839 məhdudiyyət qoyulub.
22 fevral 2022-ci ildən bəri Rusiya Federasiyasına qarşı ən çox sanksiya ABŞ tərəfindən tətbiq edilib (1948). Daha sonra İsveçrə (1782 sanksiya), Kanada (1590), Böyük Britaniya (1429), Aİ (1390), Fransa (1324), Avstraliya (945) və Yaponiya (919) gəlir.
Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynada hərbi əməliyyatların aktiv mərhələsi başlayandan indiyədək fiziki şəxslərə 9117, hüquqi şəxslərə 2090, məhkəmə strukturlarına 96, aviasiya sektoruna isə 24 anti-Rusiya sanksiyaları tətbiq edilib.