BAKI, 29 aprel. TELEQRAF
Ukrayna hələlik Vladimir Putinin may ayında atəşkəs elan olunması ilə bağlı təşəbbüsünə rəsmi reaksiya verməyib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti mayın 8-dən 11-dək İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi münasibətilə döyüşlərin dayandırılmasını təklif etmişdi.