Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda İran şirkətlərini ölkəmizdəki infrastruktur layihələrində iştirak etməyə səsləyib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkil, iqtisadçı alim Vüqar Bayramov son illər İranla Azərbaycana arasında iqtisadi əalqələrin genişləndiyinə diqqət çəkib:
“Bütövlükdə son illər İranla Azərbaycan arasında ticarət dövriyyəsi və iqtisadi əlaqələrin inkişafını müşahidə edirik. Xatırladım ki, 2024-cü ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsi 38% artıb. Eyni zamanda, infrastruktur, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq dinamik şəkildə inkişaf edir.
Hazırda infrastruktur layihələrində İran şirkətlərinin daha geniş iştirak imkanı var.
Azərbaycanla İran arasında iqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi prioritetdir. İran Prezidentinin Azərbaycana səfəri zamanı keçirilən görüşlərdə bu məsələlər müzakirə olundu.
Ümid edirəm ki, biz yaxın gələcəkdə İran şirkətlərinin infrastruktur layihələrində iştirakına şahidlik edəcəyik”.
Seymur ƏLİYEV