AZ

Mahir Emreli Bundesliqada çıxış edə bilər

"Nürnberq"in azərbaycanlı futbolçusu Mahir Emreli Bundesliqanın iki klubunun maraq dairəsinə düşüb.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyada komandasını dəyişə bilər.

Operativ Media xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, II Bundesliqa təmsilçisi “Nürnberq”də çıxış edən 27 yaşlı forvard əsas Bundesliqada oynaya bilər. Çünki elitanın iki iştirakçısı onun keçidində maraqlıdır. Emrelinin yayda “Nürnberq”dən ayrılmaq ehtimalı yüksək qiymətləndirilir.

Seçilən
0
operativmedia.az

1Mənbələr