AZ

16 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindənsərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkimedilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlıtədbirlərin davamı olaraq Bakı-Gəncə, Bakı-Bərdə, Bakı-Oğuz,Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazaxsərhəd-keçid məntəqəsi), Gəncə-Masallı, Sabirabad-Lənkəran,Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Quba-Xaçmaz vəMingəçevir-Xaldan (Yevlax) şəhərlərarası avtobus marşrutları üzrəmüsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə Trend-ə AYNA-nın mətbuat xidmətindən məlumatverilib.

Qalib elan olunanların siyahısı:

“Bakı-Gəncə” marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC;

“Bakı-Bərdə” marşrutu üzrə hüquqi şəxs "BakuBus" MMC;

“Bakı-Oğuz” marşrutu üzrə hüquqi şəxs "Rüfət" MMC və fiziki şəxsAbdurahmanov Emin Yaşar oğlu;

“Sumqayıt-Qusar” marşrutu üzrə fiziki şəxs Aslanov EminBalakərim oğlu;

“Sumqayıt-Mingəçevir” marşrutu üzrə fiziki şəxs Məmmədov KamranŞahin oğlu;

“Sumqayıt-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi)” marşrutuüzrə hüquqi şəxs "Kaspian Ekspress" MMC;

“Gəncə-Masallı” marşrutu üzrə hüquqi şəxs "Fazil-20" MMC;

“Sabirabad-Lənkəran” marşrutu üzrə fiziki şəxs İsmayılov ElxanHüseyn oğlu;

“Mingəçevir-Gəncə” marşrutu üzrə fiziki şəxs Mustafayev NahidHidayət oğlu;

“Mingəçevir-Tərtər” marşrutu üzrə fiziki şəxs Musayev HüseynSalman oğlu;

“Quba-Xaçmaz” marşrutu üzrə hüquqi şəxs "Logistics and TransportServices" MMC;

“Mingəçevir-Xaldan (Yevlax)” marşrutu üzrə fiziki şəxsBəndəliyev Elmir Elburus oğlu.

Keçirilən 16 lot üzrə müsabiqədən 7-sində buraxılış ili2024-2025-ci il olan nəqliyyat vasitələri ilə daşıyıcılar qalibelan olunub.

Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyintələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydadamüsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığıntəmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilətəsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Məqalədə:
Seçilən
1
15
az.trend.az

10Mənbələr