TBİLİSİ, 29 aprel. TELEQRAF
“Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatı birmənalı olaraq alqışlayır. Hesab edirik ki, bu, təhlükəsiz və sabit Cənubi Qafqaz regionunun birgə yaradılması üçün gələcək birgə səyləri tələb edən mühüm prosesin başlanğıcıdır”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili erməni həmkarı Vaaqn Xaçaturyanla görüşdən sonra deyib.
Onun sözlərinə görə, Gürcüstan Ermənistan və Azərbaycanın sülh sazişini yaxın gələcəkdə imzalayacaqlarına ümid edir.
“Bu, Cənubi Qafqazın müsbət inkişaf dinamikasını və regionun cəlbediciliyini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq saziş olacaq”, - M.Kavelaşvili söyləyib.