“Bavariya”nın hücumçusu Leroy Sane Səudiyyə Ərəbistanı “Əl-İttihad” klubunun təklifini rədd edib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçuya ümumilikdə 100 milyon avro maaşla 4 illik müqavilə önərlib. Lakin Sane “Bavariya”da qalmağa üstünlük verib və klubla yeni müqavilə imzalamağı planlaşdırır.
Sözləşmə 2028-ci ilə qədər davam edəcək. Müqavilənin şərtlərinə görə, Sane mövsümdə 10 milyon avro maaş alacaq.
Sane 2020-ci ildən “Bavariya”da çıxış edir. O, bu mövsüm 42 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.