Bakı. Trend:
Azərbaycan və D8 ölkələri öz xalqları və cəmiyyətləri arasındasıx əlaqələr qurmağa qadirdirlər.
Trend xəbər verirki, bunu Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyiyanında İctimai Şuranın sədri Amin Məmmədov Qlobal Cənub QHTplatformasının bu gün Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni vəədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi"mövzusunda təsis konfransında çıxışı zamanı deyib.
"Azərbaycan ilə D8 Qrupu ölkələri arasında yaxşı münasibətlərinəzərə alaraq inanıram ki, xalqlarımız və cəmiyyətlərimiz arasındamöhkəm əlaqələr qura biləcəyik, bu isə xüsusi önəm daşıyır", – deyəo qeyd edib.
A. Məmmədov qeyd edib ki, Bakıda keçirilən Qlobal Cənub QHTtəsis konfransı vətəndaş cəmiyyətlərinin bir araya gətirilməsi vəbu istiqamətdə müştərək fəaliyyətin aktivləşdirilməsi üçün əlavəimkana çevrilib.
"Əminəm ki, bu forumdan sonra yenidən bir araya gəlmək vəgenişmiqyaslı ideyaları müzakirə edib iri layihələri reallaşdırmaqimkanımız olacaq", – deyə o əlavə edib.
O həmçinin xatırladıb ki, müstəqillik əldə etdikdən sonraAzərbaycan ciddi çağırışlarla, o cümlədən qonşu dövlətlə münaqişəilə üzləşib. Onun sözlərinə görə, bu illər ərzində ölkənininkişafı, əhalinin rifahının artırılması və ordunun gücləndirilməsiistiqamətində mühüm səylər göstərilib və bu da Ermənistantərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə imkanverib.