Bakı. Trend:
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayevilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında havanəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığıngücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında havaəlaqələrinin inkişaf perspektivləri geniş şəkildə müzakirə edilib.Sərnişin axınının artırılması və aviasiya sahəsində tərəfdaşlıqəlaqələrinin daha da inkişaf etdirilməsi vacibliyi vurğulanıb.Həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsinin ölkələr arasındaturizm və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcəyibildirilib.
Bu kontekstdə qeyd olunub ki, ötən il Azərbaycana SəudiyyəƏrəbistanı Krallığından 94 300 turist səfər edib. Bu göstərici ikiölkə arasında əməkdaşlığın və qarşılıqlı marağın artdığınıtəsdiqləyir.
Qeyd edək ki, hazırda AZAL Bakı-Dammam-Bakı marşrutu üzrəhəftədə 2 dəfə – bazar ertəsi və cümə günləri, Ər-Riyadistiqamətində isə həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və şənbəgünləri reyslər həyata keçirir.
Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanı ilə olan havaəlaqələrinin möhkəmləndiyi və qarşılıqlı əməkdaşlığın genişləndiyixüsusi olaraq vurğulanıb.