AZ

Avropanın qaranlığa qərq olmasının səbəbi tapılmır

Avropanın

İspaniya və Portuqaliya hakimiyyətləri hər iki ölkəni dayanma nöqtəsinə gətirən kütləvi elektrik kəsilməsindən sonra nəqliyyat şəbəkələrini və infrastrukturu bərpa etməyə çalışır.

Reyting.az
xəbər verir ki, İspaniyanın şəbəkə operatoru “Red Electrica” milyonlarla insanın gecəni qaranlıqda keçirməsindən sonra çərşənbə axşamı yerli vaxtla səhər saat 6-da enerji tələbatının 99 faizdən çoxunun bərpa olunduğunu açıqlayıb.

Qeyd olunur ki, elektrik enerjisinin kəsilməsindən demək olar, 24 saat keçsə də, hakimiyyət hələlik bunun səbəbini açıqlamayıb. İspaniyanın baş naziri Pedro Sançes televiziya ilə çıxışında “bütün mümkün səbəblərin təhlil edildiyini” açıqlayıb.

İspaniyanın milli dəmir yolu operatoru “Renfe” çərşənbə axşamı bəzi xidmətlərin, o cümlədən Madrid və Barselona arasındakı qatarların normal işləyəcəyini bildirib. Madrid ətrafında bəzi şəhərətrafı xidmətlər də bərpa edilib, lakin İspaniya paytaxtında metro xidmətləri dayandırılıb.

İspaniyanın ən böyük hava limanı operatoru “Aena”, uçuşlarda davam edən fasilələrlə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, dünən Avropada güclü elektrik kəsilməsi İspaniya və Portuqaliyanı iflic vəziyyətinə salıb. Madriddən Lissabona qədər bir çox şəhərdə işıqların kəsilib. Həmçinin, Pireney yarımadasının çox hissəsi elektriksiz qalıb. Həmin vaxt bildirilmişdi ki, İspaniyada enerji təchizatının bərpası “altıdan doqquz saata qədər” çəkə bilər.

Portuqaliyalı operator “E-Redes” daha sonra elektrik enerjisinin kəsilməsinin “Avropa elektrik şəbəkəsindəki problemlər”lə əlaqədar olduğunu açıqlayıb. Geniş miqyasda elektrik enerjisinin kəsilməsi ilə əlaqədar İspaniya hökuməti Madrid, Andalusiya, Ekstremadura və Mursiyada fövqəladə vəziyyət elan edib.

V. QULİYEV
Seçilən
6
reyting.az

1Mənbələr