AZ

Rusların "Sirkon"u NATO-nu təşvişdə saxlayır - “The National Interest”

Bu fikirlər Amerikanın “The National Interest” jurnalında dərc olunanməqalədəndir. Müəllif yeni rus raketlərini yüksək qiymətləndirib.

Rusiya yeni hipersəs raketini sınaqdan keçirdi -VİDEO
“Sirkon"un ilk növbədə gəmi əleyhinə raket olduğunu nəzərə alsaq, ABŞ-nin su üzərində hərəkət edən gəmiləri, xüsusən də ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə təyyarədaşıyıcıları üçün təhlükə nəzərdən qaçmaya bilməz”, - nəşr yazıb.

Məqalə müəllifinin fikrincə, bu cür silahlar dənizdəki güc balansında Rusiyanın xeyrinə potensial dəyişikliyə işarə edir. Çünki NATO ölkələrinin "Sirkon"dan müdafiə sistemi, xüsusi vasitəsi yoxdur.

Martın 19-da Rusiyanın müdafiə naziri Andrey Belousov raketlər mövzusunda Qərbin diqqətini çəkənaçıqlamalar vermişdi.Nazir bəyan edib ki, Rusiya ordusu “Borey-A” layihəsinin ən son strateji raketli sualtı qayıqlarını və “Sirkon” hipersəs raket sistemlərinə malik “Yasen-M” layihəsinin çoxməqsədli nüvə sualtı qayıqları ilə silahlanır.

Xatırladaq ki, Rusiyanın hipersəs sürətli daha iki raketi də var: “Avanqard” və “Kinjal”.

Hipersəs silahları – səsdən azı 5-6 dəfə sürətli hərəkət edən və bu zaman manevr qabiliyyətini saxlayan silahlara deyilir. Söhbət minimum 6120 km/saat, yaxud 5Max sürətdən gedir.


Tural Tağıyev
AzVision.az

Seçilən
1
azvision.az

1Mənbələr