AZ

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hava nəqliyyatı əlaqələri müzakirə edilib

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

APA-Economics” xəbər verir ki, bununla bağlı "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Samir Rzayev “Facebook” səhifəsində paylaşım edib.

“Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Krallığın ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş keçirdik. Görüşdə qarşılıqlı tərəfdaşlığın gücləndirilməsi və hava nəqliyyatı əlaqələrinin inkişaf perspektivlərini müzakirə etdik”, - paylaşımda qeyd olunur.

Samir Rzayev onu da qeyd edib ki, ötən il iki ölkə arasında sərnişin axının yüksək olması turizm əlaqələrinin gücləndiyini və dostluq münasibətlərinin möhkəmləndiyini təsdiqləyir.

Seçilən
2
2
apa.az

3Mənbələr