AZ

Yaş həddi ona görə qoyulub ki, gənclərə daha çox yol açılsın – Komitə sədri

Bakı. Trend:

Yaş məsələsi həssas məsələdir. Bunu aradan götürmək üçün dahaçox inkişaf etməliyik.

Trend xəbərverir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsininüzvü Elşad Həsənov komitənin bu gün keçirilən iclasında çıxışızamanı deyib.

“Hansısa orta məktəbin müəllimi 65 yaşında pensiyaya çıxır,akademiyanın prezidenti isə 95 yaşında işləyir. Akademiyanınprezidenti olmaq orta məktəb müəllimi işləməkdən daha azməsuliyyətlidirmi? Yaş məsələsi ilə bağlı narazılıqlar var”, - deyədeputat bildirib.

Komitənin sədri Musa Quliyev Elşad Həsənova cavabında vurğulayıbki, yaş insanın əmək fəaliyyəti üçün əngəl ola bilməz:

“İnsanın sağlamlığı ona imkan verdiyi təqdirdə, işləməlidir.Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda yaş həddi ona görəqoyulub ki, gənclərə daha çox yol açılsın. Biz daha çox yeni işyerləri haqqında düşünməliyik, nəinki yaşlı insanları istefayagöndərib onların yerinə gəncləri götürmək”.

Seçilən
3
az.trend.az

1Mənbələr