La Liqa təmsilçisi "Real Madrid" Kurtua ilə yeni müqavilə imzalayacaq.
"Real Madrid"in qapıçısı Tibo Kurtua yaxın vaxtlarda klubu ilə müqaviləsini uzadacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Mənbənin məlumatına görə, belçikalının yeni müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədə olacaq. Klub 32 yaşlı qapıçı üçün "Real Madrid"in 30 yaşdan yuxarı futbolçularla müqaviləni bir mövsümlük uzatdığı qaydadan istisna edəcək.
Kurtua 2018-ci ilin avqust ayından "Real Madrid"də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 43 oyun keçirib, 48 qol buraxıb və 14 oyun qapısını qola qapadıb. Qolkiperin Madrid klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.