Bakı, 29 aprel, AZƏRTAC
Cari ilin birinci rübündə bp şirkətinin gəlirləri 8,5 faiz azalaraq 1,4 milyard dollar olub.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, ilin ilk rübü üçün proqnozlaşdırılan məbləğ 1,53 milyard dollar idi.
Qeyd olunan dövrdə bp-nin geri alınmış kapitalının (səhm) həcmi 750 milyon dollar dəyərində olub ki, şirkətin açıqlamasına görə bu rübdə daha 750 milyon dollarlıq kapital geri alınacaq.
Bundan başqa, şirkətin cari il üzrə xərcləri 14,5 milyard dollar olacaq ki, bu da əvvəlki proqnozla müqayisədə 500 milyon dollar daha azdır. Bu, bir daha şirkətin gələn il və 2027-ci il üçün qarşısına hədəf qoyduğu 13-15 milyard dollar arası xərcləri təsdiqləyib.
Qeyd edək ki, ötən ilin birinci rübündə bp-nin xalis gəlirləri 2,7 milyard dollar olub.