AZ

BMT Putinin növbəti atəşkəsinə reaksiya verib

BMT Rusiya-Ukrayna müharibəsinin beynəlxalq hüquq normaları və təşkilatın nizamnaməsi əsasında sona çatmasını görmək istədiyini bəyan edib.

Herbiand.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putinin elan etdiyi üç günlük atəşkəs rejimini şərh edən BMT baş katibinin nümayəndəsi Stefan Dyujarrik deyib.

“Bizim mövqeyimiz dəyişməz olaraq qalır: biz müharibənin sonunu görmək istəyirik... Bu, prinsipial və ardıcıl olmalı və BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və bütün müvafiq qətnamələrə möhkəm əsaslanmalıdır”, - o qeyd edib.

Dyujarrikin sözlərinə görə, sülh davamlı olmalı və Ukraynanın suverenliyi və ərazi bütövlüyünün tanınmasını ehtiva etməlidir: “BMT Rusiya-Ukrayna münaqişəsinin həlli üçün onun “çox, çox, çox, çox, çox, çox, çox, dəfələrlə” ifadə etdiyi mövqeyə uyğun gələn istənilən səyləri yüksək qiymətləndirir”.

Bundan əlavə, o, Rusiya Federasiyası və KXDR tərəfindən Şimali Koreya qoşunlarının Ukrayna ilə müharibədə iştirakının etiraf edilməsinə münasibət bildirib: “Hər hansı bir münaqişənin beynəlmiləlləşdirilməsi yanlış istiqamətdir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
2
herbiand.az

1Mənbələr