Ajans.az xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib. Ötən gün Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, sovet qoşunları tərəfindən faşist boyunduruğundan azad edilmiş bir çox ölkələrdə nasizm növbəti dəfə baş qaldırır. Ən dəhşətlisi odur ki, hakimiyyət millətçi ideyalara haqq qazandıraraq cinayətkarlara, faşistlərin qanlı ortaqlarına sığınacaq verir. Rusiya Federasiyası Prezidentinin köməkçisi Nikolay Patruşev qeyd edib ki, xüsusi əməliyyatda döyüşən əsgərlər nasizm ideologiyasının kökünü kəsmək adı ilə döyüşürlər. Böyük Vətən Müharibəsi illərində də belə idi. Ruslar həmişə Vətən müdafiəçilərinin xatirəsini ehtiramla yad edəcəklər.