Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən cari ilin birinci rübündə daşınmaz əmlak üzərində 85 min708 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təminedilib.
Trend-ə bubarədə Dövlət Xidmətindən məlumat verilib.
Məlumata görə, qeydiyyata alınan mülkiyyət hüququnun 13 min424-ü (15,7%) ilkin, 72 min 284-ü isə (84,3%) isə təkrarqeydiyyatın payına düşür.
2025-ci ilin ilk rübü ərzində fərdi yaşayış və bağ evi üzərində– 14 min 224, mənzil – 19 min 200, torpaq sahəsi – 49 min 386,qeyri-yaşayış binası – 709, qeyri-yaşayış sahəsi – 1 991, əmlakkompleksi – 147, çoxmərtəbəli yaşayış binası - 48 və çoxillikəkmələr üzərində - 3 mülkiyyət hüququnun dövlət qeydiyyatıaparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 20 min746-sı Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Bəhs olunan dövrdə 60 min 412 texniki pasport tərtib edilib, 14 min444 ipoteka müqaviləsi qeydiyyata alınıb.