Bakı. Trend:
Bu ilin mart ayının birinə Azərbaycanın maliyyə institutlarınınrezidentləri tərəfindən emissiya edilmiş MasterCard kartlarındanistifadə etməklə aparılmış əməliyyatların sayı (statistik vahidinödəniş kartları da daxil olmaqla) 64,9 milyon ədəd, əməliyyatlarınhəcmi isə 4,4 milyard manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbərverir.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə MasterCardkartları üzrə əməliyyatların sayı 23,1 milyon ədəd və ya 55,3%,əməliyyatların həcmi isə 868 milyon manat, yaxud da 23,7%artıb.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda rezident maliyyəinstitutları tərəfindən MasterCard ödəniş kartları üzrə aparılanəməliyyatların sayı 41,8 milyon ədəd, əməliyyatların həcmi isə 3,5milyard manat təşkil edib.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyiödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə,ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerlibanklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyatakeçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhsolunur.