AZ

BVF Azərbaycanda inflasiya ilə bağlı 2030-cu ilə qədər olan proqnozlarını təqdim edib

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiya üzrəyenilənmiş məlumatları, o cümlədən, 2022-2024-cü illər üzrə yekunqiymətləndirməsini və 2030-cu ilə qədər olan proqnozlarınıictimailəşdirib.

Trend xəbər verirki, söhbət hər ilin sonuna olan istehlak qiymətləri indeksindən(İQİ) gedir.

Fondun məlumatlarına əsasən, 2022-ci ildə Azərbaycanda İQİ 14,4faiz təşkil edib.

2023-cü ildə inflyasiya kəskin şəkildə yavaşlayaraq, 2.1 faizədüşüb.

BVF qiymətləndirməsinə əsasən, 2024-cü ildə istehlakqiymətlərində mülayim - 4.9 faizə qədər artım müşahidə olunub.

Fond, eyni zamanda, 2025-2030-cu illər üzrə orta müddətliproqnozlarını təqdim edib. Proqnozlara əsasən, Azərbaycandainflyasiya idarə oluna bilən diapazonda qalacaq - 2025-ci ildə –5,2 faiz, 2026–2030-cu illərdə isə 4 faiz səviyyəsində.

Beləliklə, 2026-cı ildən başlayaraq BVF inflyasiyanın hədəfsəviyyəsi çərçivəsində sabit dinamikasını gözləyir.

Seçilən
1
1
az.trend.az

2Mənbələr