"Mahir Emrelinin məhsuldarlığı digər klubların diqqətindən kənarda qalmayıb. Əldə etdiyimiz məlumata görə, Bundesliqanın iki klubu solaxay futbolçuya maraq göstərir. Və hər dəfə yaxşı çıxışdan sonra hücumçunun "Nürnberq"də qalmaq şansı bir az da azalır".

Offsideplus.az xəbər verir ki, bu barədə Almaniyanın məşhur BILD nəşrinin məqaləsində deyilir.

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin "Nürnberq"dəki son oyunlarına həsr olunan yazıda həmvətənimizin ünvanına tərif yağdırılıb. Son 3 turda 4 qol vuran 27 yaşlı futbolçunun 3 gün öncə "Düsseldorf"la qarşılaşmada göstərdiyi oyun barədə belə yazılıb: 

"Düsseldorf"la matçda o, möhtəşəm performans göstərdi. Yığmanın futbolçusu demək olar, bütün təhlükəli həmlələrdə iştirak etdi, təkbətək mübarizələrdən 65% qalib ayrıldı və ötürmələrdə 96% dəqiq oldu. Əla göstəricidir! Qışda Cənubi Koreya klubuna keçidi baş tutmayanadan sonra inanmaq olmurdu ki, o, komanda üçün vacibdir. İndi "Nürnberq" rəhbərliyi yayda başa çatacaq müqaviləni uzatmaq barədə düşünə bilər".

BILD-in yazdığına görə, Mahir karyerasını Almaniyada davam etdirmək niyyətindədir. Lakin onun fikri Bundesliqaya yönəlib. Bu səbəbdən futbolçunun "Nürnberq"də qalıb yenə 1-ci Bundesliqada oynamaq ehtimalı günü-gündən azalır.

Məqalədə bildirilir ki, Emrelini "Nürnberq"də saxlamaq üçün maliyyə şərtlərini yaxşılaşdırmaq lazım gələcək.

Bundan başqa, Mahirin son oyunda əl sümüyündən zədələndiyi və bazar günü "Elversberq"lə görüşə xüsusi hazırlanmış şin vasitəsilə çıxacağı gözlənilir.