2021-ci ildə bu rəqəm 61.8 milyon dollaradək yüksəlsə də bu dövriyyə də müqayisəli şəkildə yüksək olmayıb. Bununla belə, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2022-ci ildə 426 milyon dollar, 2023-cü ildə isə 402 milyon dollar olub.
Ötən il isə ölkələr arası ticarət dövriyyəsi 647 milyon dollaradək yüksəlib. Bu o deməkdir ki, Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsi ötən il 38 faiz artıb. Onun 633 milyon dolları İrandan idxal, cəmi 14 milyon dolları isə ixrac olub. Bu o deməkdir ki, ötən il qarşılıqlı ticarət dövriyyəsində 619 milyon dollarlıq mənfi saldo qeydə alınıb.
Bütün bunlarla yanaşı, ölkələrin nəqıiyyat dəhlizlərinin genişlənməsində, xüsusən də Şimal-Cənub Nəqliyyat dəhlizində əməkdaşlığı dərinləşdirmək potensialı kifayət qədər yüksəkdir. Avropanın şimalından Hindistana qədər uzanan bu nəqliyyat dəhlizi ölkələrin beynəlxaq yükdaşımalardan əldə etdiyi gəlirləri kəskin artıra bilər. Bu isə, region üçün yeni imkanlar deməkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31