AZ

Conatan David "İnter"ə keçə bilər

"İnter" "Lill"in hücumçusu Conatan Davilə maraqlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, “neradzurri” 25 yaşlı hücumçu uğrunda mübarizədə digər klubları qabaqlayır.

İtaliya nəhəngi futbolçuya illik 4,5 milyon avro maaşla 5 illik müqavilə təklif edib.

Kanadalı futbolçu cari mövsüm başa çatdıqdan sonra azad agent olacaq.

Conatan David bu mövsüm "Lill"in heyətində 46 oyunda 25 qol vurub və 11 məhsuldar ötürmə edib.

Seçilən
2
operativmm.az

1Mənbələr