Hindistan öz hava məkanını Pakistan təyyarələri üçün bağlamağı və gəmilərinin hind limanlarına çıxışını qadağan etməyi düşünür.
Axar.az xəbər verir ki, bu barədə “Ekonomik Tayms” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, belə olan halda Pakistan Cənub-Şərqi Asiyadakı istiqamətlərə çatmaq üçün Çin və ya Şri-Lanka üzərindən təyyarələrin marşrutunu dəyişməli olacaq.