AZ

"Bu liderlik deyil, bu tiranlıqdır"

ABŞ-nin Miçiqan ştatından demokrat Şri Tanedar prezident Donald Trampı konstitusiyanı pozmaqda və hakimiyyəti qəsb etməyə cəhddə ittiham edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Şri Tanedar Trampa qarşı impiçment prosedurunun başlandığını elan edib.

"Bu liderlik deyil, bu tiranlıqdır. Əgər bunun davam etməsinə icazə versək, o zaman deyirik ki, prezident qanunların üstündədir" , - o bildirib. 

Ümumilikdə konqresmen 7 ittiham irəli sürüb.

Qanunvericinin fikrincə, Tramp icra hakimiyyətindən sui-istifadə edir, ədalət mühakiməsinə mane olur, öz tənqidçilərinə və mediaya qarşı düşmənçilik etməklə suveren ölkələrə hərbi müdaxilə ilə hədələyir və söz azadlığını pozur. 

Seçilən
1
operativmm.az

1Mənbələr