Bakı, 29 aprel, AZƏRTAC
Qazaxıstanın Çimkənd şəhərində çəkisi 1 kiloqram olan 45 günlük körpə şəhər perinatal mərkəzində mürəkkəb ürək əməliyyatı keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın Kazinform agentliyi məlumat yayıb. Bildirilib ki, körpə 25-ci həftəsində doğulub və ona anadangəlmə ürək çatışmazlığı - açıq arteriya kanalı və tənəffüs çatışmazlığı sindromu diaqnozu qoyulub.
Körpə 1 kq çəki alan kimi əməliyyat olunub. Həkimlər onun vəziyyətinin ağır, lakin stabil olduğunu deyirlər.