Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Braziliyada müğənni Ledi Qaqa ilə qarışdırıblar...
Poliqon xəbər verir ki, bu barədə “StarHit” portalı öz Telegram kanalında məlumat yayıb.
Qeyd edilir ki, “İnstaqram”da Rio-de-Janeyro küçələrində sirenlərlə hərəkət edən avtomobil kortejini əks etdirən video yayılıb. Videonu “Ledi Qaqa, Rioya xoş gəlmisiniz” yazısı müşayiət edib. “StarHit” iddia edir ki, kortejdə amerikalı pop ulduz yox, rusiyalı nazir Sergey Lavrov olub.
Qeyd edək ki, Sergey Lavrov aprelin 28-29-da BRİKS-in 17-ci sammitinə hazırlıq çərçivəsində Rio-de-Janeyroda keçirilən BRİKS Xarici İşlər Nazirlərinin toplantısında iştirak edib.
Həmçinin müğənni Ledi Qaqanın mayın 3-də Rio-de-Janeyrodakı Kopakabana çimərliyində pulsuz konsert verməsi gözlənilir. Tədbir Rio-de-Janeyro meriyasının və Santander Bankının birgə layihəsi olan “Todo Mundo no Rio” təşəbbüsünün bir hissəsidir və bu təşəbbüsdə dünya musiqi ikonlarını Braziliyanın ən məşhur sahil xəttinə dəvət ediblər.
Poliqon.info